Azərbaycanlı velosəyyah Lenin zirvəsinə yüksələrək dünya rekordu qırıb

Azərbaycanlı velosəyyah Ramil Ziyadov dünya turu çərçivəsində avqustun 7-də Lenin zirvəsinin 6400 metr yüksəkliyinə qalxaraq dünya rekordu qırıb. Bu barədə velosipedçi Trend Life-a bildirib.

Zirvə Orta Asiyaya aid olan Pamir dağ sisteminin ən yüksək zirvələrindən biridir.

Velosəyyah yüksəlişini 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsinə həsr edib.

43 yaşlı Ramil dünya turunu 10 aprel 2013-cü ildə “Azərbaycan adına!” və “Azərbaycanlı olduğum üçün fəxr edirəm!” şüarları ilə başlayıb. O, velosipedlə 86 min kilometri qət edən yeganə insandır.

Ramil Ziyadov velosipedlə Cənubi Amerikaya səyahət edən ilk azərbaycanlıdır. Dünyanın bir çox mediası onun səyahəti haqqında məqalələr paylaşıb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Azərbaycanlı velosəyyah Lenin zirvəsinə yüksələrək dünya rekordu qırıb”

Tövsiyə xəbərlər