Azərxalçanın sabiq rəhbərinin 30 milyon manatlıq əmlakına həbs qoyulub

“Azərxalça” ASC-nin İdarə heyətinin sabiq sədri Vidadi Muradovun 30 milyon manatlıq əmlakına həbs qoyulub. Bu barədə Baş Prokurorluq sentyabrın 21-də məlumat verib.

Muradov və onun ailə üzvlərinin adlarına olan yaşayış və qeyri-yaşayış sahələri, “Azər-İlmə” MMC-nin səhm paylarının və aktivlərinin üzərinə həbs qoyulub. Onların ümumi dəyəri 30 milyon 587 min manat təşkil edir.

Sabiq sədr 2021-ci ilin 9 yanvar tarixində həbs edilib. Vidadi Muradov 21 milyon 673 min manat məbləğində pul vəsaitini mənimsəməkdə təqsirləndirilir. O, 640 min manat məbləğində vergiləri ödəməkdən yayınmasında, işlərin daha ucuz və keyfiyyətsiz işlərlə əvəz edilməsində və vəzifə səlahiyyətlərindən sui-istifadə etməsində şübhəli bilinir.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Azərxalçanın sabiq rəhbərinin 30 milyon manatlıq əmlakına həbs qoyulub”

Tövsiyə xəbərlər