mina

Azad edilən ərazilərdə daha 35 mina aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə ötən həftə ərzində daha 35 mina aşkarlanıb. Bu barədə 23 yanvar tarixində Azərbaycan Minatəmizləmə Agentliyi məlumat verib.

Yanvarın 16-dan 21-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 15, tank əleyhinə isə 20 mina və 93 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 423 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx