Azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb

ANAMA tərəfindən işğaldan azad edilmiş ərazilərdə 2020-ci il 10 noyabr tarixindən bugünədək 24 925 ədəd mina və partlamamış hərbi sursat (PHS) aşkarlanıb. Ümumilikdə 5 430 hektar ərazi təmizlənib. Bu barədə İdarələrarası Mərkəzin Minalardan və PHS-dan təmizləmə üzrə İşçi Qrupun növbəti iclasında sentyabrın 28-də bildirilib.

Müdafiə Nazirliyinin mühəndisləri Ağdam, Cəbrayıl, Füzuli, Xocavənd və Qubadlı rayonları üzrə 1119 hektar ərazidə 91 ədəd PHS aşkar ediblər.

Azad edilmiş ərazilərdə minatəmizləmə işlərində Dövlət Sərhəd Xidməti də iştirak edib. Qurumun əməkdaşları tərəfindən 286 hektar ərazi təmizlənib, 2 976 ədəd mina və PHS zərərsizləşdirilib.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb”

Tövsiyə xəbərlər