“Böyük Qayıdış proqramına uyğun olaraq, 2026-cı ilin sonunadək işğaldan azad olunmuş ərazilərə 34 500 ailənin köçürülməsi nəzərdə tutulub”. Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
Bu barədə 4 noyabr tarixində Report məlumat verib.
Onun sözlərinə görə, ən vacib məqamlardan biri onların təkcə işğaldan azad olunmuş ərazilərə qayıdışını deyil, dayanıqlı məşğulluğunu təmin etməkdir: “Bu istiqamətdə aidiyyəti dövlət qurumlarının, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən Prezidentin xüsusi nümayəndəliklərinin üzərinə böyük iş düşür. Bu istiqamətdə işlər görülür, artıq bir neçə yaşayış məntəqəsində əhali məskunlaşıb və bu proses fasiləsiz olaraq davam etdirilr”.