TÖVSİYƏ XƏBƏRLƏR

Azad edilmiş ərazilərdə ötən həftə 81 mina aşkarlanıb

Azad edilmiş ərazilərdə ötən həftə 81 mina aşkarlanıb. Bu barədə 30 oktyabr tarixində Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) məlumat verib.

Bildirilib ki, azad olunan ərazilərdə oktyabrın 23-dən 29-dək olan müddətdə 56 tank əleyhinə mina, 25 piyada əleyhinə mina, 2 427 partlamamış hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin 616,3 hektar ərazi minadan təmizlənib.