TÖVSİYƏ XƏBƏRLƏR

Azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.

Bu barədə İnsanoid quruma istinadən bu gün, 6 noyabr tarixində xəbər verir.

Qurumun “X” hesabındakı paylaşımda bildirilib:

“Azad olunan ərazilərdə oktyabrın 30-dan noyabrın 5-dək olan müddətdə 24 tank əleyhinə mina, 32 piyada əleyhinə mina, 649 partlamamış hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin 1536,9 hektar ərazi minadan təmizlənib”.