TÖVSİYƏ XƏBƏRLƏR

Azad olunan ərazilərdə daha 218 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən ay daha 218 mina aşkarlanıb. Bu barədə İnsanoid ANAMA-ya istinadən bu gün, 2 fevral tarixində xəbər verir.

Yanvarın 1-dən 31-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 61, tank əleyhinə isə 157 mina və 523 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 1504,56 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx