İşğaldan azad edilmiş ərazilərdə daha 649 partladılmamış hərbi sursat aşkarlanıb. Bu barədə 7 noyabr tarixində ANAMA məlumat yayıb.
30.10.2023 – 05.11.2023 tarixlərdə Tərtər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 32 piyada əleyhinə mina, 24 tank əleyhinə mina, 649 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 1536,9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.