TÖVSİYƏ XƏBƏRLƏR

AZAL: Bakıdan Almatıya uçuşlar başlayır

“Azərbaycan Hava Yolları” QSC (AZAL) martda Bakıdan Qazaxıstanın Almatı şəhərinə uçuşlar yerinə yetirməyə başlayacaq. Bu barədə 9 yanvar tarixində AZAL məlumat verib.

Aviareyslər həftənin çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək. Biletləri rəsmi saytdan və mobil tətbiqdən əldə etmək mümkündür.

Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən qüvvədə olan məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişinlər qəbul ediləcək.

Hazırda AZAL-ın aşağı büdcəli törəməsi – “Buta Airways” şirkəti də həftədə üç dəfə Bakı-Almatı-Bakı marşrutu üzrə uçuşlar yerinə yetirir.

1 COMMENT

guest
1 şərh
Inline Feedbacks
Bütün şərhlər
Anonim
Anonim
16 Yanvar 2023, 9:05
 
Spoiler
1
0
Rəy bildirinx