“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Pakistanın paytaxtı İslamabada və əks-istiqamətdə uçuşlara başlayıb. Bu barədə 3 noyabr tarixində Report məlumat verib.
İlk aviareys noyabrın 1-də baş tutub.
Bakıdan İslamabada uçuşlar hər həftənin çərşənbə və şənbə günləri saat 21:30-da həyata keçiriləcək.
Xatırladaq ki, hazırda AZAL Pakistanın Lahor şəhərinə də aviareyslər yerinə yetirir.