Bu yaz “Azərbaycan Hava Yolları” aviaşirkəti Bakıdan Fransanın paytaxtı Parisə uçuşları bərpa edir. Bu barədə 16 fevral tarixində AZAL məlumat verib.
Cədvəldə həftədə 2 dəfə – çərşənbə axşamı və cümə günləri Bakıdan Parisə və əks istiqamətdə uçuşlar nəzərdə tutulub. İlk uçuş mayın 9-u həyata keçiriləcək.
Uçuş cədvəli ilə daha ətraflı aviaşirkətin rəsmi www.azal.az saytında tanış ola bilərsiniz. Biletləri, həmçinin AZAL mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.