TÖVSİYƏ XƏBƏRLƏR

AZAL Qazaxıstanın iki şəhərinə uçus yerinə yetirəcək

“Azərbaycan Hava Yolları” QSC (AZAL) martda Bakıdan Qazaxıstanın paytaxtı Astanaya uçuşlar yerinə yetirməyə başlayacaq. Bu haqda məlumatı İnsanoid bu gün, 13 yanvar tarixində Report.az-a istinadən verir.

Aviareyslər 16 martdan etibarən həftədə iki dəfə həyata keçiriləcək. Bakıdan Astanaya uçuşlar bazar ertəsi və cümə axşamı, əks-istiqamətdə isə çərşənbə axşamı və cümə günləri baş tutacaq.

Qazaxıstana səyahət edən Azərbaycan vətəndaşları ölkəyə giriş qaydaları ilə burada tanış ola bilərlər: https://www.azal.az/az/information/covid-kazakhstan.

Azərbaycana giriş qaydaları ilə burada tanış olmaq mümkündür: https://www.azal.az/az/information/covid-azerbaijan.

Qeyd edək ki, 17 martdan etibarən AZAL Bakıdan Qazaxıstanın daha bir böyük şəhəri, Almatıya (həftədə iki dəfə) reyslər yerinə yetirməyə başlayır.

Hazırda isə AZAL-ın tərkibinə daxil olan “Buta Airways” şirkəti Bakı-Aktau-Bakı marşrutu üzrə (həftədə üç dəfə) uçuşlar həyata keçirir.

1 COMMENT

guest
1 şərh
Inline Feedbacks
Bütün şərhlər
Anonim
Anonim
16 Yanvar 2023, 16:12
 
Spoiler
1
0
Rəy bildirinx