AZAL: Rusiya istiqamətində reyslərə yalnız mobil tətbiqi yükləyənlər buraxılacaq

Sentyabrın 1-dən etibarən Rusiya istiqamətində reyslərə yalnız “Путешествую без COVID-19” mobil tətbiqini yükləyən sərnişinlər buraxılacaq. Bu barədə məlumatı avqustun 20-də AZAL yayıb.

Məlumatda deyilir ki, yalnız əvvəlcədən təsdiq edilmiş klinikalarda və ya laboratoriyalarda COVID-19-a dair PCR-testdən keçmək lazımdır. Test məlumatları QR-kod şəklində mobil tətbiqdə saxlanılacaq.

Azərbaycan vətəndaşları Rusiyaya gəliş zamanı həmin QR-kodu sərhəd məntəqələrində təqdim etməlidirlər.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “AZAL: Rusiya istiqamətində reyslərə yalnız mobil tətbiqi yükləyənlər buraxılacaq”

Tövsiyə xəbərlər