TÖVSİYƏ XƏBƏRLƏR

AZAL Tbilisi, İstanbul və Dubaya uçuşlar üçün xüsusi aksiyaya başlayır

Azərbaycanın milli aviadaşıyıcısı “Azərbaycan Hava Yolları” QSC ən populyar istiqamətlər – Tbilisi, İstanbul və Dubaya xüsusi aksiyaya başlayır. Bu barədə 14 sentyabr tarixində şirkət xəbər verib.

Xüsusi təklif 1 noyabr 2023-cü il – 29 fevral 2024-cü il tarixləri arasında aviabiletlər üçün keçərlidir.

  • Tbilisiyə aviabiletin bir istiqamətə dəyəri cəmi 90 manatdan, gediş-gəliş isə 180 manatdan başlayaraq təşkil edir.
  • İstanbula səyahət bir tərəfə 174 manatdan, gediş-gəliş isə 347 manatdan başlayan qiymətə başa gələcək. Qeyd edək ki, İstanbula uçuşlar Sabiha Gökçen Beynəlxalq Hava Limanına həyata keçiriləcək.
  • Dubaya səyahət etmək istəyənlər üçün isə AZAL bir tərəfə 237 manatdan, gediş-gəliş aviabiletini 437 manatdan başlayaraq təklif edir.

Aviabiletləri “Azərbaycan Hava Yolları”nın www.azal.az saytından və ya aviaşirkətin rəsmi kassalarından əldə etmək mümkündür.

Təklif məhdud sayda olduğu üçün aviabiletləri indidən bron etmək tövsiyə olunur.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx