“Azərbaycan Hava Yolları” QSC (AZAL) Türkiyədə ali təhsil alan Azərbaycan vətəndaşları üçün xüsusi güzəştli tariflər təklif edəcək. Bu barədə 28 sentyabr tarixində AZAL xəbər yayıb.
Məlumata görə, tələbələr üçün endirimlər aviaşirkətin Bakıdan Türkiyənin şəhərlərinə və əks-istiqamətə yerinə yetirilən reyslərinə şamil olunur. Endirimli biletlərin bronlaşdırılması üçün aviaşirkətin çağrı mərkəzinə ([email protected]) müraciət etmək lazımdır. Güzəştli aviabiletlərin rəsmiləşdirilməsi üçün yaşayış icazəsini təqdim etmək zəruridir. Aviabiletlərin bronlaşdırılması planlaşdırılan gediş tarixindən ən gec 14 gün əvvəl həyata keçirilməlidir. Tələbələrə səyahətlərini əvvəlcədən planlaşdırmaq və qeyd edilmiş vaxt ərzində biletləri bron etmək tövsiyə olunur.
Tələbələr bu təklifdən ildə 2 dəfə yararlana bilərlər.