TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycan əhalisinin gəlirləri 21% artıb

2022-ci ildə Azərbaycan əhalisinin nominal gəlirləri 68 milyard 914,5 milyon manat təşkil edib. Bu barədə məlumat Dövlət Statistika Komitəsinin 18 yanvar tarixli hesabatında əks olunub.

Hesabata əsasən, bu, 2021-ci illə müqayisədə 20,5% çoxdur.

Ötən il ölkədə adambaşına düşən nominal gəlir isə əvvəlki ilə nisbətən 19,9% artaraq 6 845 manata çatıb.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx