TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycan əhalisinin sayı açıqlanıb

Əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında 2023-cü il sentyabr ayının 1-i vəziyyətinə hesablanmış əhalinin sayı (10163176*) göstərilib. Bu barədə İnsanoid Dövlət Statistika Komitəsinə istinadən bu gün, 11 oktyabr tarixində xəbər verir.

Əhalinin ümumi sayında şəhər əhalisinin xüsusi çəkisi 54,6 faiz, kənd əhalisinin xüsusi çəkisi 45,4 faiz, kişilərin xüsusi çəkisi 49,8 faiz, qadınların xüsusi çəkisi isə 50,2 faiz olub.