Azərbaycan atıcısı Xanna Əliyeva Almaniyanın Münhen şəhərində keçirilən H&N Kubokunda qızıl medal qazanıb. Bu barədə Report 28 yanvar tarixində məlumat verib.
O, pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Əliyeva gənc qızlar arasında mübarizə aparıb.