TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycan badmintonçusu beynəlxalq turnirdə qızıl medal qazanıb

Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra “Cameroon International 2023” turnirində qızıl medal əldə edib. Bu barədə İnsanoid bu gün, 28 avqust tarixində Report-a istinadən xəbər verir.

İdmançı mübarizəyə 1/8 finaldan başlayaraq finala gedən yolda Sloveniya, Birləşmiş Ərəb Əmirlikləri və İtaliyanı təmsil edən badmintonçuları məğlub edib.

Finalda isə o, israilli Kseniya Polikarpovadan hər iki setdə üstün olaraq 2:0 (21:14, 21:16) hesablı qələbə qazanıb. Bununla da Keişa Fatima Zəhra “İnternational” seriyalı turnirin qalibi olub və hesabına 2500 reytinq xalı yazdırıb.

Turnir Kamerunun paytaxtı Yaunde şəhərində keçirilib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx