TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycan bayrağı 6812 metr hündürlükdə dalğalanıb

Azərbaycan Alpinizm Federasiyasının üzvü Rinat Rəhimxanov Ama-Dablam (6812m) zirvəsinə solo (tək) qalxıb. Bu barədə İnsanoid bu gün, 10 noyabr tarixində xəbər verir.

Alpinistimiz 8 noyabrda dünyanın ən hündür zirvələri Everest, Lhotze, Ço-Oyu dağlarının əhatəsində yerləşən və öz gözəlliyi və texniki marşrutları ilə seçilən Ama-Dablam (6812m) zirvəsinə solo (tək) qalxıb.

Dağçı qaya və buz marşrutlardan ibarət olan və 3 gün davam edən ekspedisiyasını Zəfər Gününə həsr edib.

Ama-Dablam
Foto açıq mənbədən