Azərbaycan Beynəlxalq Radiosu noyabrın 1-də Qarabağda 24 saatlıq yayım rejiminə keçib.
Bu barədə 1 noyabr tarixində “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC məlumat yayıb.
“Radiomuz hələlik yalnız azad Qarabağda 101.1 FM dalğasında yayımlanır. Yaxın gələcəkdə isə bütün Azərbaycanı əhatə edəcək”, – məlumatda qeyd olunub.