TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycan çempionatında mövsümün bombardiri müəyyənləşib

Azərbaycan Premyer Liqasında 2022-2023-cü il mövsümünün bombardiri bəlli olub. Bu mükafata “Qarabağ”ın futbolçusu Ramil Şeydayev yiyələnib. Bu barədə 29 may tarixində AZƏRTAC məlumat verib.

27 yaşlı hücumçu mövsümdə 22 qol vurub.

O, ilk dəfə Premyer Liqanın bombardiri mükafatını qazanıb. “Qarabağ”ın tarixində səkkizinci dəfə futbolçusu Azərbaycan çempionatlarının ən məhsuldar oyunçusu olub. Ağdam təmsilçisi bununla ölkə rekordunu təkrarlayıb. “Neftçi”nin də üzvləri 8 bombardirlik yaşayıblar. Amma Bakı klubunun üzvləri bunu 7 fərqli mövsümdə bacarıblar. “Qarabağ”ın futbolçuları isə 8 mövsümdə bombardir adına sahib çıxıblar.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx