Dünən, avqustun 25-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Dünya çempionatında idmançılarımız iki bürünc medal qazanıblar.
Aydan Vəliyeva (-48 kq) macarıstanlı idmançını məğlub edərək fəxri kürsünün 3-cü pilləsinə yiyələnib. Nizami İmranov (-60 kq) isə fransalı cüdoçudan üstün olaraq eyni nəticəni göstərib.
Xatırladaq ki, bundan öncə Şahin Oruczadə (-55 kq) gümüş medal əldə etmişdir. Qeyd edək ki, turnir avqustun 28-dək keçiriləcək.