TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycan cüdoçuları Gürcüstanda mübarizəyə başlayırlar

Azərbaycan millisinin cüdoçuları “Böyük Dəbilqə” turnirində mübarizəyə başlayırlar. Bu haqda bu gün, 24 mart tarixində İnsanoid Report-a istinadən xəbər verir.

Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək yarışda Azərbaycan millisi 13 cüdoçu ilə təmsil olunacaq. Onlardan 7-si bu gün ilk qarşılaşmalara çıxacaqlar.

Kişilər:

60 kq:

Kəramət Hüseynov – Dilşod Xalmatovla (Ukrayna);

Turan Bayramov – Aybek Omirovla (Türkmənistan).

66 kq:

Kamran Süleymanov – Quram Dzavaşvili ilə (BƏƏ).

Qadınlar:

48 kq:

Leyla Əliyeva – Venna Juanqla (Çin).

52 kq:

Gültac Məmmədəliyeva – Yasmim Lima ilə (Braziliya);

Aydan Vəliyeva – Naomi Van Krevellə (Niderland) .

57 kq:

Fidan Əlizadə – Paulin Starkla (Almaniya).

“Böyük Dəbilqə” turniri 24-26 mart tarixləri aralığında davam edəcək

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx