TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycan-Ermənistan sərhədində silahlı toqquşmadan 1 il keçir

12-14 sentyabr 2022-ci ildə Azərbaycan-Ermənistan sərhədində silahlı toqquşma baş vermişdir. 12 sentyabr gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində təxribat törətmişdir.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, sentyabrın 13-nə keçən gecə 50-dək Azərbaycan hərbçisi həlak olmuşdur. Həmin gün saat 09:00-da atəşkəs elan olunmuşdur. Buna baxmayaraq, 16:55-də Azərbaycan Ordusunun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsində yerləşən mövqeləri düşmən tərəfindən atəşə tutulmuşdur.

12-14 sentyabr 2022-ci ildə baş verən hərbi əməliyyatlar zamanı 80 nəfər şəhid olub, 282 hərbi qulluqçu isə yaralanıb.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx