TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycan Ermənistana qarşı arbitraj prosesinə başlayıb

Azərbaycan Ermənistana qarşı arbitraj prosesinə başlayıb. Bunu Azərbaycan Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov deyib.

Bu barədə 16 sentyabr tarixində Report xəbər verib.

14-16 sentyabr tarixlərində Qırğız Respublikasının Ali Məhkəməsi və Hakimlər Assosiasiyası tərəfindən “Ekologiya sahəsində ədalət mühakiməsinə çatımlıq” mövzusunda hakimlərin beynəlxalq konfransı baş tutub.

Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən konfransda Ç.Əsgərov Ermənistanın 30 illik işğalı nəticəsində Azərbaycan təbiətinə vurulmuş ekoloji ziyanın araşdırılması prosesinin davam etdiyini və Bern Konvensiyasının qaydalarına uyğun olaraq, ətraf mühitin geniş miqyasda məhv edilməsinə görə Azərbaycan tərəfindən Ermənistana qarşı arbitraj prosesinə başlandığını diqqətə çatdırıb.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx