TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycan güləşçisi erməniyə qalib gələrək olimpiadaya lisenziya əldə edib

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov lisenziya xarakterli dünya çempionatında yarımfinal görüşünə çıxıb.

Bu barədə 21 sentyabr tarixində Report xəbər verib.

77 kq çəki dərəcəsində mübarizə aparan idmançı finala gedən yolda Ermənistan təmsilçisi Malxas Amoyanla qarşılaşıb.

S.Süleymanov rəqibinə 5:0 hesabı ilə qalib gələrək həm həlledici qarşılaşmaya vəsiqə qazanıb, həm də Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

Dünya çempionatı Serbiyanın paytaxtı Belqradda təşkil olunub.