TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycan Hindistana başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Hindistana başsağlığı verib. Bu barədə İnsanoid qurumun “Twitter” hesabına istinadən bu gün, 3 iyun tarixində xəbər verir.

“Hindistanda dəhşətli sərnişin qatarı qəzası xəbəri bizi dərindən kədərləndirdi.

Bu faciəvi qəzada yaxınlarını itirən ailələrə dərin hüznlə başsağlığı verir və Hindistan Respublikası xalqının və hökumətinin kədərini bölüşürük”, – başsağlığında bildirilib.

2 iyun axşam saatlarında Hindistanda sərnişin qatarı yük qatarı ilə toqquşub. Nəticədə 288 nəfər ölüb, 900-ə yaxın insan yaralanıb.

 

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx