TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycan hökuməti Gürcüstana təşəkkür edib

Azərbaycan höküməti Gürcüstana təşəkkürünü bildirib. Bu barədə Report 27 oktyabr tarixində xəbər verib.

Azərbaycanın Baş naziri Əli Əsədov oktyabrın 27-də Tbilisidə Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının yeni binasının təməlqoyma mərasimində çıxışı zamanı deyib:

“Müasir dövrdə Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili bizə miras qalan zəngin tarixi ənənələri yaşadır və demokratiya yolu ilə inkişaf edən müstəqil dövlətlərimizin milli maraqlarını qoruyaraq onları daha böyük nailiyyətlərə doğru aparır”.

O bildirib ki, Heydər Əliyevin mötəbər yubileyi münasibətilə Gürcüstanda da silsilə tədbirlər keçirilib.

Ə.Əsədov ulu öndər Heydər Əliyevin əziz xatirəsinə göstərilən hörmət və ehtirama görə öz adından, Azərbaycan hökuməti və xalqı adından Baş nazir İrakli Qaribaşviliyə, Gürcüstan hökumətinə və xalqına təşəkkürünü ifadə edib.