TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycan internetin sürətinə görə 7 pillə irəliləyib

Bu ilin fevral ayında Azərbaycan mobil internetin sürətinə görə 137 ölkə arasında 37,42 MB/S sürətlə 57-ci yerdə qərarlaşıb. Bu barədə 16 mart tarixində “Speedtest Global Index” məlumat verib.

Məlumata görə, Azərbaycan bu ilin yanvar ayına nisbətən 7 pillə irəliləyib.

Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ, 179,61 MB/S), sonuncu – 137-ci yeri isə Əfqanıstan (4,04 MB/S) tutub.

Ötən ay Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə isə dünyada 117-ci yerdə qərarlaşıb. Bu isə əvvəlki ayla müqayisədə 1 pillə irəliləməkdir. Fevralda ölkədə sabit genişzolaqlı internetin orta sürəti 27,57 MB/S olub.

Sabit genişzolaqlı internetin sürəti ilə bağlı araşdırma 180 ölkədə aparılıb. Birinci yeri Sinqapur (237,15 MB/S), sonuncu yeri isə Kuba (1,88 MB/S) tutub.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx