Azərbaycan karateçiləri Fransada keçirilən “Marsel Open” yarışında 5 medal qazanıblar. Bu barədə İnsanoid 25 sentyabr tarixində Azərbaycan Milli Karate Federasiyasına istinadən xəbər verir.
Böyüklər arasında Asiman Qurbanlı (+84 kq), gənclər arasında Əzim Rahib (+76 kq) qızıl medal qazanıblar.
Böyüklərdə Turqut Həsənov (84 kq) və Mədinə Sadiqova (55 kq) bürünc, gənclərdə Rəşid Süleymanov (76 kq) gümüş medal əldə ediblər.
Turnir sentyabrın 22-23-də keçirilib.