TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycan klubları EHF kubokunda mübarizə aparacaqlar

Azərbaycanın kişi və qadınlardan ibarət komandaları Avropa Həndbol Federasiyası (EHF) kubokunda iştirak edəcəklər.

Bu barədə İnsanoid bu gün, 6 sentyabr tarixində Azərbaycan Həndbol Federasiyasına istinadən xəbər verir.

Qadınlardan ibarət komandaların oyunlarının vaxtı və məkanı müəyyənləşib.

Yarışa 1/32 final mərhələsindən qatılacaq “Azəryol” Bosniya və Hersoqovinanın “ZRK Krivaja” komandası ilə 30 sentyabr – 1 oktyabr tarixlərində rəqib meydanında qarşılaşacaq.

Eyni tarixlərdə “Qarabağ” İspaniyanın “KH-7 BM Granollers” kollektivi ilə səfərdə üz-üzə gələcək. “Kür”ün İtaliyanın “Jomi Salerno” komandası ilə oyunu isə 23-24 sentyabrda Mingəçevirdəki “Kür” Olimpiya İdman Mərkəzində baş tutacaq.

İki oyunun nəticəsinə görə üstünlük qazanan komanda növbəti mərhələyə adlayacaq.

Kişilərdən ibarət “Azəryol” I mərhələnin “Amber” (Litva) – “Brixen” (İtaliya) cütünün qalibinə rəqib olacaq. “Kür” isə Xorvatiyanın “MRK Sesvete” kollektivi ilə mübarizə aparacaq. İlk oyunlar oktyabrın 14-15-də, cavab matçları oktyabrın 21-22-də baş tutacaq.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx