TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycan klublarının UEFA reytinqlərindəki mövqeləri məlum olub

Azərbaycan klublarının UEFA reytinqindəki mövqeləri məlum olub. Bu barədə 26 avqust tarixində Report məlumat verib.

Siyahıda reytinqi ən yüksək Azərbaycan klubu “Qarabağ”dır. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 24 500 xalla 62-ci yerdədir. Ağdam təmsilçisi “Molde” (Norveç), “Fənərbaxça” (Türkiyə), PAOK (Yunanıstan) və “Makkabi” (Təl-Əviv, İsrail) klubları ilə bu pilləni bölüşür.

“Qarabağ”dan sonra ən yaxşı göstəricisi olan Azərbaycan klubu 10 000 əmsalı olan “Neftçi”dir. Adrian Mutunun kollektivi 4 komanda ilə birlikdə 135-ci pilləni bölüşdürür.

Hər iki klubun reytinqdəki mövqeləri dəyişməyib.

“Qəbələ” isə reytinqdə geriləyib. Klub 4 500 xalla 270-cidir.

Azərbaycan çempionatının digər iştirakçılarından “Sabah”, “Zirə”, “Sumqayıt”, “Səbail” və elitanı tərk edən “Şamaxı” 3 350 xalla 334-cü pilləni bölüşdürür.

“Turan Tovuz”, “Kəpəz” və yenidən elitaya qayıdan “Araz-Naxçıvan” isə 424 klubun sırasına düşməyiblər.

Reytinq son 5 mövsümdə toplanan əmsallar əsasında tərtib edilib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx