TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycan Livana nota verib

Azərbaycan Respublikasının Livan Respublikasındakı Səfirliyi qarşısında aksiya keçirən 50-yə yaxın erməniəsilli şəxslər səfirliyin inzibati binasının ətrafındakı hasara zərbələr endirib, özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıblar. Bu barədə 31 avqust tarixində Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, hücum nəticəsində səfirliyin heyəti xəsarət almayıb.

Səfirliyə qarşı törədilən bu hücumla əlaqədar cinayətkarların aşkarlanması və həbs edilməsi məqsədilə Livanın Xarici İşlər Nazirliyinə müvafiq nota təqdim edilib və aidiyyəti üzrə tədbirlər həyata keçirilir.

Hazırda səfirliyin mühafizəsi daha da gücləndirilib və törədilmiş cinayətlə bağlı araşdırma aparılır.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx