Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 0,25% bəndi artıraraq 8,5%-ə çatdırılması barədə qərar qəbul edib. Bu barədə 1 fevral tarixində Mərkəzi Bank məlumat verib.
Məlumata əsasən, faiz dəhlizinin aşağı həddi 0,5% bəndi artırılaraq 6,75%, yuxarı həddi isə 0,25% bəndi artırılaraq 9,5% səviyyəsində müəyyən olunub.
“Mərkəzi Bankın İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı martın 29-da ictimaiyyətə açıqlanacaq”, – məlumatda bildirilib.