Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 9% səviyyəsində saxlanılması barədə qərar qəbul edib.
Bu barədə 20 sentyabr tarixində Azərbaycan Mərkəzi Bankı xəbər verir.
Məlumata görə, faiz dəhlizinin aşağı həddi 7,5%, yuxarı həddi isə 10% saxlanılıb.
“Bu qərar daxili və xarici mühitdə qiymət səviyyəsinə azaldıcı və artırıcı təsir göstərən amillərin dinamikası nəzərə alınmaqla verilib”, – deyə AMB bəyan edib.