2022-ci ilin yanvar-mart aylarında mehmanxanaların gəlirləri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 74,8% artaraq 59,7 milyon manat təşkil edib. Bu barədə 26 aprel tarixində Dövlət Statistika Komitəsi məlumat verib.
Hesabata əsasən, cari ilin I rübündə ümumilikdə ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 45,3% artıb.
Bildirilib ki, sözügedən dövr ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 3,2 dəfə artaraq 172 min təşkil edib.
Gecələmələrin 14,2%-i Rusiya Federasiyası, 12,8%-i Birləşmiş Ərəb Əmirlikləri, 10,3 %-i Türkiyədən olan vətəndaşların payına düşüb.