TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycan millisi yarımfinal qarşılaşmasına çıxır

Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında 1/4 final oyununa çıxıb. Bu barədə İnsanoid bu gün, 3 noyabr tarixində xəbər verir.

Elşad Quliyevin baş məşqçisi olduğu komandanın rəqibi Bolqarıstan yığması olub. Rəqibini 3:1 hesabı ilə məğlub edən Azərbaycan millisi yarımfinala yüksəlib. Komanda yarımfinalda Qazaxıstanla qarşılaşacaq.

Görüş noyabrın 3-də keçiriləcək.

2 noyabr

Minifutbol, dünya çempionatı
1/4 final mərhələsi

Azərbaycan – Bolqarıstan – 3:1

Qollar: Vüsal İsayev 28, Rəvan Kərimov, Mirmehdi Rzayev 38 – Vəli Qafarov (avtoqol).

Son Avropa çempionu olan Azərbaycan yığması mundialın G qrupunda mübarizəni maksimum nəticə ilə başa vurub – 3 oyun, 9 xal. Milli qrupda həm Misirə, həm İraqa, həm də Küveytə qalib gəlib. Azərbaycan ötən gün 1/8 finalda Portuqaliyanı məğlub edib.