Azərbaycan futbol millisinin keçmiş oyunçusu Şəhriyar Rəhimov vəfat edib. Bu barədə 25 avqust tarixində APA məlumat verib.
Məlumata görə, müdafiəçi müalicə olunduğu Türkiyədə vəfat edib.
Qeyd edək ki, Şəhriyar Rəhimov aldığı zədələr səbəbindən ötən il karyerasını “Səbail”də başa vurub. 34 yaşlı futbolçu “Səbail”dən başqa, Premyer Liqada “İnter”, “Karvan”, AZAL, “Rəvan”, “Kəpəz” və “Zirə” klublarının formasını geyinib.
O, Azərbaycan millisinin heyətində ümumilikdə 9 oyun keçirib.
Şəhriyar Rəhimovun xərçəng xəstəliyindən vəfat etdiyi bildirilir.