Ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən mövqelərimiz 19 dəfə atəşə tutulub. Bu barədə sentyabrın 3-də Müdafiə Nazirliyi məlumat yayıb.
Onlardan 16-sı Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərimizin payına düşüb. Atəş Basarkeçər və Qarakilsə rayonlarından açılıb.
Digər 3 hadisə isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən törədilib.
Azərbaycan tərəfində itki yoxdur.