TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycan neftinin büdcə qiyməti 60 dollara qaldırılır

Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsində “Azeri Light” markalı neftin 1 barelinin qiyməti 50 dollardan 60 dollara qaldırılır. Bu barədə 30 may tarixində Maliyyə Nazirliyi məlumat verib.

Yenilənmiş makroiqtisadi proqnozlara əsasən, baza ssenaridə ilin qalan dövrü üçün neftin 1 barelinin orta ixrac qiyməti 60 dollar götürülür (4 aylıq fakt 85,8 dollar).

“2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan neftinin 1 barelinin orta ixrac qiyməti 85,8 dollara bərabər olub ki, bu da 2023-cü ilin təsdiq edilmiş büdcə parametrlərinin hesablanması zamanı götürülmüş qiymətdən 35,8 dollar çoxdur”, – deyə nazirlik bəyan edib.

2023-cü ildə ÜDM-in real ifadədə 1,8% artmaqla 111,6 milyard manata (əvvəlki proqnoza nəzərən 5,6 milyard manat çox), o cümlədən qeyri-neft ÜDM-in real ifadədə 4,9% artmaqla 77,7 milyard manata (əvvəlki proqnoza nəzərən 4,4 milyard manat çox) çatacağı proqnozlaşdırılır.

Orta illik inflyasiyanın isə cari ildə 10,4% (əvvəlki proqnoza (6,9%) nəzərən 3,5% bənd çox) olacağı gözlənilir.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx