“Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,96 ABŞ dolları (2,62%) artıb. Bu barədə 22 mart tarixində Report.az xəbər yayıb.
Hazırkı qiymət 76,71 ABŞ dolları təşkil edib. Dünən hərracların nəticələrinə görə “Brent” markalı neftin may füçersləri isə 75,32 ABŞ dollarına satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.