TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycan Ordusunun əsgəri özünü güllələyərək intihar edib

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu əsgər Tağıyev Ramal İsrafil oğlu odlu silahdan atəş açmaqla özünü öldürüb. Bu barədə 5 sentyabr tarixində Report məlumat verib.

Fakt üzrə Kəlbəcər hərbi prokurorluğunda cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq, bütün tədbirlərin görülməsi təmin olunacaqdır.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx