Azərbaycan Ordusunun əsgəri özünü güllələyərək öldürüb. Bu barədə 25 yanvar tarixində Report Hərbi prokurorun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyevə istinadən məlumat verib.
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Salahov Əkram Asim oğlunun 2023-cü il yanvarın 24-də odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Qubadlı Hərbi Prokurorluğuna məlumat daxil olub.
Fakt üzrə “özünü öldürmə həddinə çatdırma” maddəsi ilə cinayət işi başlanılıb.