TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycan ordusunun mövqeləri yenidən atəşə tutulub

Ermənistan sərhəddə təxribatlar törətməyə davam edir. Bu barədə İnsanoid Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bu gün, 11 sentyabr tarixində xəbər verir.

Sentyabrın 11-i saat 22:00-dan 22:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil və İmirli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun  Əyrivəng, Göyəli və Qaravəllər yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan bir neçə dəfə atəşə tutub.

Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx