TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin nümayəndəliyi Bakıda yerləşəcək

Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin baş ofisi Daşkənddə, nümayəndəliyi isə Bakıda yerləşəcək. Bu barədə 8 sentyabr tarixində Report məlumat verib.

Bu, “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında 2023-cü il 24 fevral tarixli Saziş”ə dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında Qanun layihəsində əksini tapıb.

Sənəddə qeyd edilib ki, Sazişin adında “Azərbaycan-Özbəkistan İnvestisiya Fondu” sözləri “Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti (“Fondu”) sözləri ilə əvəz edilib.

Sənədə əsasən, fondun baş ofisi Daşkənd şəhərində, nümayəndəliyi isə Bakı şəhərində yerləşəcək.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx