Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasına səfəri bu gün başa çatıb. Bu barədə İnsanoid Prezidentin Mətbuat Xidmətinə istinadən bu gün, 3 noyabr tarixində xəbər verir.
Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Qazaxıstanın Baş naziri Alixan Smailov və digər rəsmi şəxslər yola salıblar.