TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycan-Rusiya sərhəd-keçid məntəqələri yenidən qurulacaq

2026-cı ilədək Rusiya-Azərbaycan sərhəd-keçid məntəqələrinin yenidən qurulması yekunlaşdırılacaq. Bu barədə oktyabrın 27-də Report xəbər verib.

Cari ilin sonuna kimi “Yaraq-Kazmalyar” keçid məntəqəsinin yenidən qurulmasının birinci mərhələsi başa çatdırılacaq. 1 000-ə qədər nəqliyyat vasitəsini buraxa biləcək 10 hərəkət zolağı yaradılacaq. Bundan əlavə, “Taqirkent-Kazmalyar” və “Novo-Filya” keçid məntəqələrinin tikintisinin layihələndirilməsi üzrə müqavilələr imzalanıb.

Görülən işlər nəqliyyatın və turistlərin sayı baxımından sözügedən məntəqələrin keçid qabiliyyətini təxminən 3 dəfə artıracaq. O cümlədən yük dövriyyəsi ildə 2,3-2,9 milyon tona, potensial artım isə 3,5-4 milyon tona qədər artacaq.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx