Azərbaycan Respublikasının Fransa Respublikasındakı səfiri Leyla Abdullayeva etimadnaməsini bu ölkənin Prezidenti Emmanuel Makrona təqdim edib. Bu barədə 14 yanvar tarixində Report məlumat verib.
Fransa Prezidenti səfiri yeni təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Fransanın Azərbaycana dost ölkə olduğunu bildirən E.Makron deyib ki, bölgədə sülhün bərqərar edilməsi rəsmi Parisin də marağındadır.
Səfir Leyla Abdullayeva Azərbaycanın bölgədə sülhün bərqərar edilməsində ən maraqlı ölkə olduğunu və sülh gündəliyini təşviq etdiyini bildirib.
J’ai eu le plaisir de présenter les Lettres de Créances à S.E. Monsieur le Président de la République française E.Macron.
Les relations bilatérales 🇦🇿🇫🇷, ainsi que la situation régionale ont été brièvement évoquées.
Merci à Protocole @francediplo pour un accueil bienveillant. pic.twitter.com/f1Wi1WMkzd
— Leyla Abdullayeva (@LAbdullayevaMFA) January 14, 2023